
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
“Mənim, Amerika Birləşmiş Ştatlarının Prezidentinin və Rusiya Prezidenti Vladimir Putinin arasında çoxdan gözlənilən görüş gələn cümə günü, avqustun 15-də böyük Alyaska ştatında baş tutacaq”, - Amerika lideri bildirib.
O, həmçinin əlavə təfərrüatların daha sonra açıqlanacağını qeyd edib.