
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş gələn bazar ertəsi Romada baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
“Mənbələr deyirlər ki, Tramp və Putin arasında görüş gələn həftə Ukrayna sülh danışıqları üçün potensial məkan kimi Romada baş tuta bilər”, - telekanalın mənbəsi bildirib.
Qeyd edək ki, Vaşinqton və Moskva ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşün keçirilməsi barədə razılığa gəliblər. Görüşün yaxın günlərdə, yəqin ki, gələn həftə, baş tutacağı gözlənilir.