12 illik təhsilə keçidlə bağlı iddialara – Rəsmi reaksiya


Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən APA-ya açıqlama verilib.
Bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.
Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:
məktəbəhazırlıq mərhələsi (5 yaş);
ibtidai təhsil (I-IV siniflər);
ümumi orta təhsil (V-IX siniflər);
tam orta təhsil (X-XI siniflər).

“Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top