
İranın Prezidenti Məsud Pezeşkiyan yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Tehran” telekanalına verdiyi müsahibədə bildirib.
Nazir qeyd edib ki, Prezident Pezeşkiyan bundan əvvəl İraqa, Pakistana, Azərbaycana və Qətərə səfər edib.