
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, görüş üç saata yaxın davam edib.
Bildirilir ki, müzakirələr başa çatdıqdan sonra Uitkoffu müşayiət edən avtomobillər Kremlin ərazisini tərk edib.
***13:35
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, görüş Kremldə keçirilir.
Xatırladaq ki, S.Uitkoff bu gün səhər saatlarında Moskvaya səfər edib.