
“Apple” “iPhone 17” xəttini və digər yeni məhsullarını sentyabrın 9-da təqdim edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniyanın “iPhone-Ticker” portalı Almaniya telekommunikasiya sənayesindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, bu tarix daha əvvəl “Apple” təqdimatı üçün ən çox ehtimal olunan tarixlər kimi sentyabrın 9-u və ya 10-u adlandıran “Bloomberg”in jurnalisti Mark Qurmanın proqnozu ilə üst-üstə düşür.
“Apple”ın ənənəvi sxeminə əsasən, ilkin sifarişlərin başlaması cümə günü, sentyabrın 12-nə, mağazalara və müştərilərə ilk çatdırılmaların isə sentyabrın 19-da başlanması gözlənilir.
Bu gün smartfonlar ABŞ, Çin, Avropa və Yaponiya da daxil olmaqla əsas regionlarda satışa çıxarılacaq.
Sentyabrın 9-da keçiriləcək təqdimat çərçivəsində birdən dörd modelin elan ediləcəyi gözlənilir: “iPhone 17”, “Plus” versiyasını əvəz edəcək “iPhone 17 Air”, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max”. Şirkət, ehtimal ki, “Apple Watch Series 11”, “Apple Watch SE 3”, “Apple Watch Ultra 3” və ehtimal ki, “AirPods Pro 3” qulaqlıqlarını da təqdim edəcək. “Apple” çox güman ki, tədbirdən bir həftə əvvəl, yəni sentyabrın 2-də təqdimat tarixini rəsmi olaraq elan edəcək və bloqçulara və mediaya dəvət göndərəcək.