
Azərbaycanda avqustun 5-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda 34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcə olub.