
Avqustun 5-də Xətai rayonunun bir sıra ərazilərindəki yaşayış binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Məlumata görə, sınaq 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində keçiriləcək.
Sözügedən ünvanlar aşağıdakılardır:
İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, 56 və 58 nömrəli binalar;
General Şıxlınski küçəsində 13, 15, 19, 21, 23 (yataqxana), 25, 37, 39, 39a, 39b, 47,49,51(yataqxana),57 və 59 nömrəli binalar ;
General Mehmandarov küçəsində 20a, 20b, 22a, 22b, 26a, 26b, 28a, 28b, 42, 44, 46, 48, 50, 52, 54, 66, 68, 70, 72, 74, 76, 80, 82, 84, 90, 92, 94, 96, 98 və 100 nömrəli binalar;
Nəsrəddin Tusi küçəsində 22, 24, 26 və 28 nömrəli binalar;
Məhəmməd Hadi küçəsində 92 və 92a nömrəli binalar, eləcə də 48 saylı orta məktəb.
Bu ünvanlarda baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə mənzildaxili istilik sistemlərinə nəzarət olunmasını tövsiyə edilib. Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli “Çağrı mərkəzi”nə, əraziyə xidmət göstərən yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya binaya xidmət göstərən MKİS-ə məlumat verilməsi xahiş olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanda istilik tarifləri artırılıb. Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib.