“Qarabağ”ın pley-offdakı potensial rəqibləri bəlli oldu


“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatmanın nəticəsinə əsasən, “Köhlən atlar” III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdıra bilsələr, pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda baş tutacaq. “Qarabağ” bu mərhələyə eçə bilsə, ilk oyun səfərdə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top