
Məşhur gürcü kinorejissoru Eldar Şenqelaya 92 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı Nato Vaçnadze Fondu yayıb.
Eldar Şengelaya 26 yanvar 1933-cü ildə Tbilisidə anadan olub. Onun atası kinorejissor Nikoloz Şenqelaya, anası isə aktrisa Nato Vaçnadze olub.
1958-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirib. 1957-1959-cu illərdə “Mosfilm” kinostudiyasında, 1960-cı ildən “Gürcüstan filmi” kinostudiyasında kinorejissor olub.
“Ağ karvan”, “Fövqəladə sərgi”, “Çağıranlar”, “Mavi dağlar və ya inanılmaz hekayə” və s. filmlərin rejissoru olub.