
Avstraliyanın şərqindəki bir neçə şəhər son onilliklərin ən qalın qarı ilə örtülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, keçən həftə sonu Yeni Cənubi Uels ştatında soyuq hava kütləsi ilə əlaqədar 40 sm-ə qədər qar yağıb.
Avstraliya Hava Bürosunun meteoroloqu Miriam Bredberinin sözlərinə görə, bu rəqəm 1980-ci illərin ortalarından bəri müşahidə edilən rekord göstərici olub.
Agentliyin məlumatına görə, hava anomaliyası minlərlə evin qar altında qalmasına, nəqliyyatın hərəkətinin iflic olmasına, həmçinin, elektrik enerjisinin kəsilməsinə səbəb olub.