
ABŞ Prezidenti Donald Tramp onun xüsusi nümayəndəsi Stiven Uitkoffun 6-7 avqustda Rusiyaya gedəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Bedminsterdən (Nyu-Cersi ştatı) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə danışıb.
“Düşünürəm ki, o, gələn həftə, çərşənbə və ya cümə axşamı Rusiyaya gedə bilər. Onu görmək istəyirlər, onunla görüşməyi xahiş edirlər. Görək nə olacaq”, - Tramp deyib.
Eyni zamanda, Amerika lideri təsdiqləyib ki, əgər həmin vaxta qədər Ukrayna böhranının nizamlanmasına nail olmaq mümkün olmasa, avqustun 9-da Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.
Qeyd edək ki, iyulun 14-də Tramp Rusiyanın Ukrayna ilə razılığa gəlmək üçün 50 gün vaxtının olduğunu, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət tarifləri tətbiq etmək niyyətində olduğunu bildirib. İyulun 29-da Tramp Rusiyanın onu məyus etdiyini bildirib və buna görə də, müddəti 10 günə qədər qısaldıb.