
"Qarabağ" yeni transferini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Joni Montieli heyətinə qatıb.
Qeyd edək ki, ispaniyalı futbolçu "Qarabağ"In heyətində "9" nömrəli formanı geyinəcək. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi hal-hazırda azad agent statusunu daşıyır. Son klubu "Burgos" olub. Montiel karyerası ərzində 221 oyuna 21 qol vurub və 18 qolun ötürməsini edib.