
Ukrayna Prezidenti Volodimir Zelenski general-leytenant Anatoli Krivonojkonu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib.
Zelenski bildirib ki, Krivonojko bundan sonra Ukraynanın döyüş aviasiyası və hava hücumundan müdafiə qüvvələrinin effektiv və koordinasiyalı şəkildə inkişafını təmin edəcək. O, Ukrayna ordusunun pilotlarına və hava müdafiə qüvvələrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Krivonojko 2006–2008-ci illərdə 114-cü taktiki aviasiya briqadasına da rəhbərlik edib. Krivonojko, 30 avqust 2024-cü ildə vəzifəsindən azad edilən general Nikolay Oleşçukun yerinə təyin olunub.