Messi zədələndi – Video


Amerikanın “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun “Nekaxa” ilə ev oyununda zədələnib.
Yeniavaz.com
xəbər verir ki, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.
Matçdan sonra “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano bildirib ki, Messi dizlərində diskomfort hiss edib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.
Qeyd edək ki, Messinin 38 yaşı var və 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Futbolçu ötən mövsüm MLS-in müntəzəm çempionluğunu qazanıb və turnirin ən yaxşı oyunçusu seçilib. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Messi karyerası ərzində İspaniyanın “Barselona”sında və Fransanın “Paris Sen-Jermen”ində çıxış edib. Argentinalı səkkiz “Qızıl top”un qalibidir. Argentina millisi ilə Messi Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top