
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS hərəkatının Əl-Furqan batalyonunun komandir müavininin öldürüldüyünü edildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“İDF HƏMAS terror təşkilatının Əl-Furqan batalyonunun komandir müavininə hücum edərək onu öldürüb”, - məlumatda deyilir.
İDF-nin məlumatına görə, məhv edilən radikal batalyonun döyüş dəstəyinə cavabdeh olub və Qəzza zolağında ordu hissələrinə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib.