
Fələstinin HƏMAS hərəkatı İsrail işğalı davam etdikcə tərksilah etməyəcəyini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərəkatın rəsmi “Telegram” kanalında dərc olunmuş bəyanatda deyilir.
"Bir daha bildiririk ki, müqavimət və onun silahları işğal davam etdiyi müddətcə milli və qanuni hüquqdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalar tərəfindən tanınır və milli hüquqlarımız, ilk növbədə paytaxtı Şərqi Qüdsdə olan tam suveren, müstəqil Fələstin dövləti qurmaq hüququ bərpa olunmayana qədər bundan imtina etmək olmaz”, - mətndə vurğulanır.