Kamçatkada bir saat ərzində üç zəlzələ baş verdi


Kamçatka yarımadasının sahillərində saat 16:33-17:39 (Bakı vaxtı ilə 20:33 və 21:39) arasında 5,0, 5,8 və 5,2 bal gücündə üç zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Birinci zəlzələ Petropavlovsk-Kamçatskidən 187 km, ikincisi 238 km, üçüncüsü isə 218 km aralıda baş verib. Birinci seysmoloji hadisənin episentri 18,9 km, ikincisi 44,8 km, üçüncüsü isə 33,8 km dərinlikdə yerləşib.

DİGƏR XƏBƏRLƏR

Top