Tramp Medvedevin sözlərinə görə iki nüvə sualtı qayığının yerləşdirilməsi əmrini verdi


ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “yüksək təxribat xarakterli” bəyanatlarına görə iki nüvə sualtı qayığının “müvafiq bölgələrdə” yerləşdirilməsinə göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.
ABŞ liderinin sözlərinə görə, o, “bu ehtiyatsız və qızışdırıcı bəyanatların sadəcə sözlərdən ibarət olduğu ortaya çıxacağı təqdirdə” əmr verib:
“Sözlər vacibdir və çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır. Ümid edirəm ki, bu dəfə belə olmayacaq”, - Tramp yazıb.
ABŞ prezidenti konkret olaraq hansı regionlardan bəhs etdiyini açıqlamayıb.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin nüvə silahının İrana ötürülməsi ehtimalına eyham vurmasından və ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ultimatumunu tənqid etməsindən sonra Donald Tramp və Dmitri Medvedev sosial mediada mübahisə edib. Amerika lideri buna cavab olaraq Medvedevə “sözünə diqqət yetirməyi” təklif edib. İyulun 31-də Trampa müraciət edən Rusiya rəsmisi yazıb ki, o, “gəzən ölülər” haqqında sevimli filmlərini, həmçinin təbiətdə olmayan “ölü əl”in nə qədər təhlükəli ola biləcəyini xatırlamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top