Bu yolda hərəkət məhdudlaşdırılacaq


Sabah saat 08:00-dan 3 avqust saat 22:00-dək Bakının Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, məhdudiyyət həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır. 
Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top