
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət və İntizam Komitəsi İtaliyanın “İnter” komandası ilə Çempionlar Liqasının final matçından sonra Fransanın “Pari Sen Jermen” (PSJ) klubunu 148 min avro cərimələmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, PSJ azarkeşlərin meydançaya çıxması və atəşfəşanlıq etməsi üçün 100 min avro cərimələnib. Bu qayda pozuntusuna görə Paris klubuna UEFA turnirlərində növbəti səfər matçı üçün azarkeşlərinə iki illik sınaq müddəti ilə bilet satmaq şərti olaraq qadağan edilib.
Bundan əlavə, PSJ azarkeşlər meydançaya yad əşyalar atdığı (30 000 avro), idman tədbirinə uyğun gəlməyən mesajlar ötürdüyü, UEFA-nı nüfuzdan saldığı (10 000 avro), həmçinin, maddi ziyan vurduğu üçün (8 000 avro) cərimələnib.
Qeyd edək ki, final oyunu iyulun 31-də Münhendə baş tutub. Oyun PSJ-nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Klub tarixdə ilk dəfə turnirin qalibi olub.