
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları texnologiya nəhəngi “Apple”a sentyabrın sonuna qədər təxminən 2 milyard dollara başa gələ bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Apple Insider” portalı məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin yazında idxal tariflərinin tətbiqindən bəri şirkət artıq 800 milyon dollar itirib. Sentyabrda cari maliyyə rübünün sonuna kimi isə ”Apple” daha 1,1 milyard dolar itirəcək.
Qeyd edək ki, əvvəllər Amerika bazarı üçün nəzərdə tutulan “Apple” qadcetlərinin böyük əksəriyyəti Çində istehsal olunurdu. Lakin son vaxtlar texnologiya nəhəngi istehsalı şaxələndirmək və istehsal müəssisələrini Hindistana köçürmək üzərində işləyir. Tramp isə “Apple”ın istehsalını ABŞ-də həyata keçirməsinin zəruri olduğunu bildirir.