
“Qalatasaray” Viktor Osimhenin transferini rəsmən açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sarı-qırmızılar futbolçu üçün İtaliyanın “Napoli”sinə 75 milyon avro ödəyəcək.
Bundan əlavə, müqavilə çərçivəsində futbolçunun növbəti satışından əldə edilən gəlirin 10%-i “Napoli”yə ödəniləcək.
Futbolçu ilə 2025-2026-cı il mövsümündən qüvvədə olan 4 illik müqavilə imzalanıb.
Müqaviləyə əsasən, futbolçuya hər mövsüm üçün xalis 15 milyon maaş, 1 milyon bonus və 5 milyon avro reklam haqqı ödəniləcək.