Braziliya ABŞ-dən neft tədarükünü dayandırdı


Vaşinqtonun Braziliya mallarına 50% rüsum tətbiq etməsindən sonra neft şirkətləri Braziliyadan ABŞ-yə neft tədarükünü dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Braziliya Neft İnstitutunun rəhbəri Roberto Ardenguinin verdiyi məlumata görə, “Petrobras”, “Shell”, “TotalEnergies”, “ExxonMobil” və “Equinor” tədarükünü dayandırıb.
Qeyd edək ki, neft Braziliyanın ABŞ-yə ən böyük ixracatıdır. Birləşmiş Ştatlar 2025-ci ilin aprelində Braziliyadan gətirilən tədarüklərə 10% rüsum tətbiq edəndə bu məhsula şamil etmədilər. Ola bilsin ki, indi də vəziyyət oxşar şəkildə inkişaf etsin.
Bundan əvvəl ölkə Prezidenti Luiz İnasio Lula da Silva Braziliyanın ABŞ-nin mallarına tətbiq edəcəyi mümkün rüsumlardan çox narahat olmayacağını və alternativ alıcılar tapacağını bildirmişdi. Eyni zamanda, da Silva Braziliyanın Çinlə müstəsna münasibətini vurğulayıb. Bununla belə, o, ABŞ-Çin ticarət münaqişəsinin kəskinləşməsi halında hər iki tərəfə qoşulmağı istisna edib.

DİGƏR XƏBƏRLƏR

Top