
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin eynəyi 59 min 900 funt sterlinqə (135 min manat - red.) satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Paul Fraser Collectibles” hərracının saytında deyilir.
Məlumata görə, eynək 1954-cü ildə “CW Dixey & Son” tərəfindən Çörçill üçün hazırlanıb və o, tez-tez baş nazir olduğu ikinci müddətində onları taxıb. Əşyanın təsvirində qeyd olunur ki, əla vəziyyətinə görə eynəklər ən yüksək səviyyəli şəxsi kolleksiyalar üçün əsl muzey eksponatıdır.
Uinston Çörçil 1940-1945 və 1951-1955-ci illərdə iki dəfə Böyük Britaniyanın baş naziri olub. Siyasətçi Böyük Britaniya, ABŞ və SSRİ-nin anti-Hitler koalisiyasının təşəbbüskarlarından biri olub.