
Sabah, avqustun 1-i Kiyevdə matəm elan olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Bildirilib ki, həmin gün dələdiyyə binalarında bayraqlar endiriləcək:
“Həmçinin dövlət və xüsusi mülkiyyətdə olan binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur. Hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır”.
Xatırladaq ki, son məlumata əsasən, Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 1-i uşaq olmaqla 11 nəfər həlak olub, 135 nəfər yaralanıb.