
Portuqaliya hökuməti Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirmək üçün respublika Prezidenti Marselo Rebelo de Sousa və siyasi partiyalarla məsləhətləşmələrə başlayacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, məqsəd 2025-ci ilin sentyabrına qədər, yəni BMT Baş Assambleyasının illik iclasına qədər prosesi başa çatdırmaqdır.
Xatırladaq ki, bundan əvvəl 15 ölkənin xarici işlər nazirləri bu məsələ ilə bağlı Nyu-Yorkda keçirilən konfransdan sonra Fələstinin tanınması imkanının nəzərdən keçirilməsini dəstəkləyiblər. Təşəbbüsə Avstraliya, Andorra, İrlandiya, İslandiya, İspaniya, Kanada, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sloveniya, Finlandiya və Fransanın xarici işlər nazirləri qoşulub və artıq müvafiq qərarı qəbul ediblər.