Ən yaxşı 10 ailə avtomobili açıqlandı


Britaniyanın “AutoCar” nəşrinin ekspertləri ailə alıcılarının ehtiyaclarını ən yaxşı şəkildə ödəyən müxtəlif siniflərdən on avtomobil seçiblər.
Yeniavaz.com
xəbər verir ki, siyahıya görə, “BMW 3 Series Touring” ən yaxşı ailə avtomobilləri arasında ilk yeri tutub. Bu model sürət və idarəetmə balansına görə üstünlük təşkil edib.
Siyahının ikincisi “Dacia Jogger” kompakt furqon olub. Modelin əsas üstünlüklərinə optimal qiymət-keyfiyyət nisbəti daxildir. İlk üçlüyü isə “Volkswagen Golf” tamamlayıb. Bu model kompakt ölçülərinə baxmayaraq, geniş interyerə malikdir.
2025-ci ilin ən yaxşı 10 ailə avtomobili siyahısına “Land Rover Defender 110”, “Skoda Kodiaq”, “Skoda Octavia Estate”, “Toyota Corolla Touring Sports”, “Kia Sorento”, “MG HS” və “Peugeot 5008” də daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top