Di Kaprio İsraildə otel açır


Amerikalı məşhur aktyor Leonardo Di Kaprio İsraildə otel tikməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Leonardo Di Kaprio oteli “Hagag Group”la birlikdə tikəcək və otel Hertsliya Marinada yerləşəcək.
Aktyor bu layihədə səhmlərin 10%-nə sahib olacaq. Səhmlərin qalan hissəsi isə “Hagag Group” və Axikam və Lior Koen qardaşlarına məxsus olacaq.
Otelin planı 2024-cü ilin aprel ayında təsdiqlənsə də, sonradan layihəyə yeni əlavələr edilib. Son təsdiqdən sonra otelin sahəsi 10 000 kvadratmetrdən 51 000 kvadratmetrə yüksəlib. Bu isə 365 otaqlı və 14 mərtəbəli otel üçün layihəyə yeraltı dayanacaq əlavə etməyə imkan verib.

DİGƏR XƏBƏRLƏR

Top