
Cənubi Koreya avtomobil istehsalçıları Vaşinqton və Seul arasında Cənubi Koreyadan gələn mallara 15% rüsum tətbiqi ilə əlaqədar 5 milyard dollara qədər itirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin analitiki Coanna Çenin sözlərinə görə, yeni rüsumlar “Hyundai” və “Kia”nın 2024-cü il üçün gəlirlərinin 25-30%-nə uyğundur.
Bu isə avtomobil istehsalçılarına rüsumların artırılmasından itkiləri 3 milyard dollar olması deməkdir.
Yeni ticarət müqaviəsinin şərtləri ilə bağlı xəbərlər fonunda “Hyundai” və “Kia” səhmləri cümə axşamı ticarətdə 4,5-7,3% dəyər itkiyə mərzu qalıb. Bu isə avtomobil istehsalşəlarının demək olar ki, bir il ərzində ən böyük itkisi kimi qiyəntləndirilib.
Şirkətlər artıq ABŞ-dəki zavodlarında istehsalı artıraraq, tarif itkilərini azaltmağın yollarını axtarırlar.
Belə ki, mart ayında “Hyundai” 2028-ci ilə qədər ABŞ-yə rekord məbləğdə - 21 milyard dollar sərmayə qoymağı və 14 000 iş yeri açmağı planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya məhsullarına tariflərin 25% olacağını bildirsə də, danışıqlar zamanı bu rəqəm cəmi 10% olub. Yeni tariflər üzrə danışıqlar üçün son tarix avqustun 1-də başa çatıb. İyulun 21-də əldə olunan ticarət sazişinin bir hissəsi olaraq Cənubi Koreya ABŞ-a 350 milyard dollar sərmayə qoyacağını vəd edib.