
Litvanın Baş naziri Qintautas Palutskas Litva Prezidenti Qitanas Nausedaya istefa verdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Litva lideri jurnalistlərə açıqlamasında qeyd edib.
O, həmçinin qeyd edib ki, hökumət başçısı qərarını telefonla çatdırıb.
Prezidentin sözlərinə görə, o, öz növbəsində baş nazirin qərarını alqışladığını bildirib.
Digər tərəfdən, Palutskasın həm baş nazir vəzifəsindən, həm də Litva Sosial Demokrat Partiyasının sədri postundan getmək qərarına gəldiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl Litva Prezidenti baş nazirə korrupsiya qalmaqalından sonra siyasi gələcəyi ilə bağlı qərar qəbul etmək üçün iki həftə vaxt vermişdi.