
ABŞ-nin keçmiş vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Kamala Harris prezidentliyə namizədliyini irəli sürmək imkanını istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Onların sözlərinə görə, Harrisin belə bir qərarı nə vaxt açıqlaya biləcəyi hələ məlum deyil.
Bununla belə, o, gələn il Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürməyəcəyini artıq bəyan edib.
“Ciddi fikirləşdikdən sonra mən qubernatorluğa namizəd olmamağıma qərar verdim”, - deyə Harris “X” sosial şəbəkə hesabinda bildirib.