
“Türkiyə Ukrayna münaqişəsinin həllinə hər cür töhfə verməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının yekunlarına dair bəyanatında deyilib.
“Görüş təsdiq etdi ki, Türkiyə Ukraynada daimi sülhün bərqərar olması üçün məsuliyyəti öz üzərinə götürməyə və bu prosesə hər cür töhfə verməyə hazırdır”, - sənəddə qeyd olunur.
Xatırladaq ki, iyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Görüşdən əvvəl tam tərkibdə nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət ediblər. Danışıqlar tam həcmdə 40 dəqiqəyə yaxın davam edib, bu müddət ərzində tərəflər memorandum layihələrində nəzərdə tutulan mövqeləri müzakirə ediblər.