Tramp rüsumların tətbiqini təxirə salmayacaq


ABŞ avqustun 1-nə planlaşdırılan 14-dən çox ölkəyə gömrük rüsumlarının tətbiqini təxirə salmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Avqustun 1-nə təyin edilmiş son tarix dəyişməzdir və uzadılmayacaq. Amerika üçün vacib bir gün!”, - Tramp bildirib.
Xatırladaq ki, iyulun 7-də Tramp 14 ölkənin liderlərinə məktublarını dərc edib və bu məktublarda avqustun 1-dən ölkələrinə qarşı 25%-dən 40%-ə qədər gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Siyahıya Banqladeş, Bosniya və Herseqovina, İndoneziya, Qazaxıstan, Kamboca, Malayziya, Myanma, Laos, Serbiya, Tailand, Tunis, Cənubi Koreya, Yaponiya və Cənubi Afrika daxildir. Ağ Evin məlumatına görə, bu ölkələr avqustun əvvəlinə qədər ABŞ ilə ticarət sazişləri bağlamağa çalışacaq, nəticədə onlara qarşı rüsumların tətbiqinə ehtiyac qalmayacaq. İyulun 11-də Tramp Kanada rəhbərliyini, iyulun 12-də isə Meksikanı ABŞ-nin onlara qarşı müvafiq olaraq 35% və 30% rüsum tətbiq edəcəyi barədə xəbərdar edib. Ağ Ev rəhbəri qərarını bu ölkələrin ABŞ-yə narkotik ticarətini dayandıra bilməməsi ilə əsaslandırıb.

DİGƏR XƏBƏRLƏR

Top