Bu günə qədər Qəzzada 18 mindən çox uşaq ölüb


2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ən azı 18 min 592 uşaq ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinə istinadla “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Nəşr onlardan 953-nün bir yaşa qədər olan uşaqlar olduğunu bildirib.
Digər tərəfdən, nəşr İsrail və HƏMAS arasında münaqişənin qurbanı olmuş bütün uşaqların adlarını dərc edib.
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bu yana İsrailin hərbi əməliyyatları nəticəsində anklavda ümumilikdə 60 min 34 fələstinli ölüb, 145 min 870 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top