
"Neftçi" yeni futbolçu transfer edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Məlumata görə, Lüksemburq millisinin hücumçusu Alessio Kurçi heyətə cəlb edilib.
23 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kurçinin sonuncu klubu Belçika təmsilçisi “Franks Borayns” olub. O, Lüksemburq yığmasının heyətində 15 oyun keçirib, 1 qol vurub.