Bu ölkə də Fələstini tanıya bilər


Kanada hökuməti Fələstin dövlətçiliyinin tanınması məsələsini nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla CBC telekanalı məlumat yayıb.
Onların sözlərinə görə, Kanadanın Baş naziri Mark Karni çərşənbə günü bu mövzuda görüş keçirəcək.
Hazırda bununla bağlı heç bir qərar verilməyib.
Kanalın qeyd etdiyi kimi, Fələstin məsələsi Böyük Britaniyanın Baş naziri Kir Starmerin çərşənbə axşamı İsrailin Qəzza zolağına humanitar yüklərin çatdırılmasına mane olmağa və anklavda hərbi əməliyyat keçirməyə davam edəcəyi təqdirdə Londonun Fələstin dövlətini tanıyacağını deməsindən sonra gündəmə gəlib.
CBC-nin məlumatına görə, Karni elə həmin gün Starmerlə telefon danışığı aparıb və söhbət zamanı Qəzzadakı vəziyyət müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl Kanada hakimiyyəti dəfələrlə Qəzza zolağında münaqişənin yalnız Fələstin dövlətinin tanınması və iki dövlətin dinc yanaşı yaşaması əsasında həll oluna biləcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top