
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə artıq telefon danışığında maraqlı olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o Şotlandiyanın Turnberi şəhərində Britaniyanın Baş naziri Key Starmer ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Artıq danışmağa o qədər də maraqlı deyiləm. Biz belə gözəl söhbətlər, belə hörmətli və xoş söhbətlər aparmışıq. Sonra da növbəti gecə insanlar şəhərlərə raketlərdən ölürlər”, - ABŞ prezidenti deyib.
Qeyd edək ki, bundan əvvəl Tramp Rusiya prezidentinin atəşi dayandırmasını gözlədiyi müddəti qısaldacağını bildirib. Tramp bundan əvvəl Putindən sentyabrın əvvəlinə qədər döyüşləri dayandırmağı tələb edib.