İsraillə müharibədə İranda 23 yüksək rütbəliyə sui-qəsd cəhdinin qarşısı alınıb


İranın xüsusi xidmət orqanları İsraillə 12 günlük müharibə zamanı 23 yüksək rütbəli məmura qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
“Biz İsrailin 12 günlük müharibə zamanı ölkənin 23 yüksək rütbəli məmurunu öldürməyə yönəlmiş terror planlarını, habelə müharibədən əvvəlki aylarda 13 analoji sui-qəsd cəhdlərini aşkar edib zərərsizləşdirdik”, - deyə nazirlik bildirib.
Məlumata görə, İranın kəşfiyyat xidməti həmçinin, iyun ayında İsraillə münaqişənin kəskinləşməsi zamanı ən azı 450 xarici döyüşçünün ölkəyə girişinin qarşısını alıb.

DİGƏR XƏBƏRLƏR

Top