Süni intellekt sahəsində lider ölkələr açıqlandı


Süni intellekt sahəsində ABŞ liderdir, Çin ikinci, Britaniya isə üçüncü yerdədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Çin Elmi və Texnoloji İnformasiya İnstitutunun, həmçinin, Pekin Universitetinin birgə hazırladığı qlobal süni intellekt innovasiya indeksi üzrə hesabatında öz əlsini tapıb.
Hesabat Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında təqdim olunub.
Onun müəllifləri 46 ölkəni beş meyar əsasında araşdırıblar. Ölkələr həmçinin, 39 göstərici üzrə təhlil edilib və onların hər biri üç pilləli sistem üzrə qiymətləndirilib.
Hesabata görə, ABŞ süni intellekt üzrə dünyaya böyük fərqlə liderlik edir. 100 ballıq sistem üzrə ABŞ 77,97 balla birinci, Çin 58,01 balla ikinci, Böyük Britaniya 36,60 balla üçüncüdür.  
İlk onluqda həmçinin, Yaponiya (33,77 bal), Koreya Respublikası (33,48 bal), Almaniya (32,22 bal), Sinqapur (31,57 bal), Fransa (30,98 bal), Kanada (29,79 bal) və Hindistan (29,41) yer alıb.
Qeyd edək ki, Şanxayda Ümumdünya Süni İntellekt Konfransı bu il iyulun 26-dan 28-dək keçirilir. Konfrans 2018-ci ildən hər il təşkil olunur. Bu platforma süni intellekt sahəsində əsas sənaye liderlərini Şanxayda bir araya gətirir. Burada iri şirkətlərin rəhbərləri, dövlət rəsmiləri, alim və ekspertlər iştirak edirlər. Onlar əlaqə qurur və süni intellekt texnologiyalarının inkişafı və tətbiqinin gələcək yollarını müzakirə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top