Almaniyada qatar relsdən çıxdı – Ölənlər var


Almaniyanın cənub-qərbində qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər ölüb, həmçinin yaralananlar var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat dərc olunub.
“Schwäbische Zeitung” qəzetinin məlumatına görə, azı 3 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Federal və yerli polis Münhendən təxminən 158 kilometr məsafədə, Riedlingen şəhəri yaxınlığında baş verən qəzanın səbəbini araşdırdıqlarını bildirib.
Qeyd olunur ki, hadisənin baş verdiyi ərazini səhər saatlarında fırtına vurub və müstəntiqlər təbiət hadisəsinin qəzada nə qədər rol oynadığını müəyyən etməyə çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top