
Azərbaycanın bəzi ərazilərində iyulun 27-28-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.