
“Real Madrid” gələn il braziliyalı Vinisius Juniorla yollarını ayırmağa hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Defensa Central” portalı məlumat yayıb.
Məlumata görə, Kataloniya klubunun rəhbərliyi cənubi amerikalı ilə öz şərtləri ilə yeni müqavilə bağlamaq niyyətindədir. Belə ki, “Real Madrid” Vinisius Juniora bu müqavilədə 20 milyon avroluq müqavilə təklif etmək istəyir. Ancaq futbolçu isə fransalı hücumçu Kilian Mbappe (31 milyon avro) ilə müqayisə oluna biləcək bir məbləğ tələb edir.
Portalın yazdığına görə, əgər bu mümkün olmasa, o zaman gələn il “Real Madrid” Vinisiusu transfer etməyə hazır olacaq.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real Madrid”də çıxış edir. O, bu müddət ərzində 322 oyun keçirib, 106 qol vurub.