Komandamız Avropa çempionu oldu


Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın Zaqreb şəhərində universitetlər arasında keçirilən Avropa çempionatının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, komandamız final mərhələsində İspaniya təmsilçisi “Valensiya” ilə qarşılaşıb.
Rəqibini 7:2 hesabı ilə məğlub edən komandamız qitə çempionu adına layiq görülüb.
Komandann qapıçısı Ağaseyid Qasımov çempionatın ən güclü qapıçısı seçilib.
Çempionatın fəxri komandasına komandamızın iki üzvü - oyunçumuz Xəzər Ağalızadə və qapıçımız Ağaseyid Qasımov daxil edilib.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının futzal komandası həm də Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top