
Azərbaycanda bir sıra şəhərlərarası, şəhərətrafı və rayondaxili müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab, Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir, Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı, Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal) şəhərlərarası, şəhərətrafı və rayondaxili avtobus marşrutlarını müsabiqəyə çıxarılıb.
Sənədlər 23 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara istiqamətlərində 6 Lot üzrə sentyabrın 9-da;
Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab istiqamətlərində 6 Lot üzrə sentyabrın 10-da;
Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir istiqamətlərində 7 Lot üzrə sentyabrın 12-də;
Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində 6 Lot üzrə sentyabrın 16-da;
Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı istiqamətlərində 6 Lot üzrə sentyabrın 17-də;
Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal) istiqamətlərində 4 Lot üzrə sentyabrın 19-da baxılacaq.