
Göyərtəsində üç ekipaj üzvü olan Qazaxıstan Müdafiə Nazirliyinin helikopteri Almatı vilayətində radardan itib.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“İyulun 25-də Almatı vilayətinin Fövqəladə Hallar İdarəsinin növbətçi hissəsinə üç ekipaj üzvü ilə Luqovoydan havaya qalxan Müdafiə Nazirliyinin vertolyotunun Otar bölgəsində zənglərə cavab verməməsi barədə məlumat daxil olub”, - məlumatda deyilir.
Bildirilib ki, Almatı vilayətində axtarış-xilasetmə işlərinin aparılması üçün dərhal hadisə yerinə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Müdafiə Nazirliyi də “Eurocopter EC 145” helikopterinin itdiyini təsdiqləyib.