ABŞ Makronun Fələstini tanımaq fikrinə qarşı çıxır


Birləşmiş Ştatlar Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Birləşmiş Ştatlar Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir”, - deyə Rubio X-də yazıb.
Dövlət katibi Parisin qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu, yalnız HƏMAS-ın təbliğatına xidmət edir, həmçinin İsraildə baş verənlərin qurbanlarının üzünə vurulan sillədir.
Xatırladaq ki, iyulun 24-ü axşam saatlarında Makron BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fransanın Fələstinin dövlətçiliyini rəsmən tanıyacağını bəyan edib. Onun fikrincə, indi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir.

DİGƏR XƏBƏRLƏR

Top