Bakının bəzi ərazilərində suyun kəsilməsinin səbəbi açıqlandı


"Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır".
Yeniavaz.com
xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas sugətirici magistral kəmərlərin üzərində, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır.
"Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatdan 0.3 milyon kubmetr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir.
Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür qurğuları kompleksində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir", - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top