“Zəngəzur dəhlizi Azərbaycan və Ermənistanın suveren işidir” – Peskov


Zəngəzur dəhlizi ətrafında müzakirə Azərbaycan və Ermənistanın suveren işidir.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, Azərbaycan və Ermənistanın suveren işidir. Biz Azərbaycan və Ermənistan arasında aparılan danışıqları dəstəkləyirik”, - Kremlin sözçüsü jurnalistlərə bildirib.
O, həmçinin Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu qeyd edib.
“Biz Bakı və İrəvanın müqaviləni mümkün qədər tez imzalamasını arzu edirik. Eyni zamanda, tələb olunarsa, bu prosesə hər cür yardım göstərməyə hazırıq”, - Kreml nümayəndəsi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top