
ABŞ Ukraynaya 322 milyon dollarlıq raket sistemləri və piyada döyüş maşınlarının satışını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Ukraynaya 172 milyon dollarlıq “HAWK Phase III” raket sistemləri, həmçinin 150 milyon dollarlıq “Bradley” piyada döyüş maşınları ayırıb.
Məbləğə həmçinin Ukraynanın “Bradley”lərin təmiri üçün müraciət etdiyi xidmətlərin dəyəri daxildir.
Qeyd edək ki, HAWK raket sistemlərinin və “Bradley” piyada döyüş maşınlarının Ukrayna ordusuna tədarükü prezident Bayden administrasiyası tərəfindən təsdiq edilmiş hərbi yardım paketləri ilə başlayıb.